HAQQIMIZDA

Güvən Mühafizə şirkəti 2005-ci ildə Bakı şəhərində AzEM Mühəndislik tərəfindən təsis olunmuş təhlükəsizlik sistemlərinin satışı, quraşdırılması və proqram təminatını həyata keçirən özəl təşkilatdır. Şirkətin əsas məqsədi digər ölkələrdə istehsal olunan keyfiyyətli və dünya standartlarına cavab verən elektronika mallarının Azərbaycanda satışını təşkil etmək və ölkəmizin elektronika bazarını keyfiyyətli mallarla təmin etməkdir. Ticari fəaliyyəti müddəti boyunca bir çox şirkətin (Avtech, GM, Zksoftware, JYJ, KCA, Aktuel Turnike və vb.) rəsmi distribütoru olan Güvən Mühafizə ölkənin ən fəal ticarət müəssisələrindən birinə çevrilmişdir.Şirkət mütəmadi olaraq elektronika sektorunda baş verən yenilikləri Azərbaycan istehlakçılarına çatdırmaqdadır. Həmçinin 2010-cu ildən etibarən yeni internet səhifəsi ilə alıcıların xidmətindədir. İnternet səhifəsində bir çox dünya şirkətlərinin elektronika malları ilə tanış olmaq olar. Güvən Mühafizə şirkəti CCTV sistemləri ilə əlaqəli hər cür elektronik təhlükəsizlik avadanlıqları və mallarının topdan və pərakəndə satışı, quraşdırılması, sazlanması və təmiri üzrə ölkə bazarında özünün lider mövqeyini həmişə qoruyub saxlamışdır. Dövlət müəssisələri, özəl müəssisələr, yerli və xarici qurumlar daima Güvən Mühafizə ilə əməkdaşlıq etmişdir. Güvən Mühafizə 2019-cu ilin yanvar ayından fəaliyyətini böyüdərək Şəki şəhərində RTS regional mağazasını alıcıların istifadəsinə vermişdir. Elektronikanın hər sahəsində sizin yanınızda olan Güvən Mühafizə sizə aşağıdakı xidmətləri təklif edir.

1. Video müşahidə sistemləri (AHD, NVR, HYBRİD, CVI, TVI)

2. Turniket, Şlaqbaum və Bollard

3. Domofon və İnterkom Sistemləri

4. Ötürücülər və Konvertorlar

5. Səsləndirmə Sistemləri

6. Ev, Ofis və Otel qapı kilidləri

7. Siqnalizasiya Sistemləri 

8. Çağrı Sistemləri (xəstəxana, restoran, ofis və idarələr)

9. Keçid Nəzarət Sistemləri 

10. Led monitorlar

11. Günəş panelləri

12. Mini ATS Sistemləri

13. Məsafədən komandalar (pult və beyinlər)

14. 3D adamsayma Sistemləri

15. Lift nəzarət Sistemləri

16. Pos cihazı Sistemləri