Alarm Si̇stemləri̇

99 Zone Wireless GSM PSTN Dual Network Alarm System with Auto Dialer and LCD Display (Avtozəng və LCD Ekranlı 99 Zonalı Simsiz GSM PSTN İkili Şəbəkə Siqnalizasiya Sistemi)

SKU: Home Alarm SET (Ev Siqnalizasiya Dəsti)

₼ 188.00
        Qısa Təsvir 

Avtozəng və LCD Ekranlı, 99 Zona, Simsiz GSM PSTN İkili Şəbəkə Siqnalizasiya Sistemi. 


·    Ölçülər15.0 * 15.0 * 15.0 sm 

·    Çəkisi1.3  kq

Bu alarm sistemi bütün alarm hallarını açıqca göstərmək üçün geniş LCD ekrana sahibdir. 

PSTN/GSM ikili şəbəbəkə dəstəkləməsi mövcuddur. Ağıllı ikili şəbəkə siqnalizasiya funksiyası eyni zamanda GSM şəbəkəsini və sabit telefon xəttini dəstəkləyir.  

 900/1800/1900 Mhz tri-bandla işləyən sistem, alarm zamanı 6 GSM nömrəsinə, sabit telefon xəttinə zəng edə və əlavə 6 GSM nömrəsinə SMS göndərə bilir.  

Sistem GSM şəbəkəsini dəstəkləyən bütün ölkələrdə istifadə edilə bilir və evlərin, mağazaların, villaların, ofis və fabriklərin mühafizəsini uzaqdan müşahidə edə bilir. 

Xüsusiyyətləri:

Ev, mağaza, qaraj, ferma, ofis və zavodlar üçün yararlıdır.

·    Asan yüklənə bilir. 

·    Xarici simli siqnalizasiya (110dB) və qırmızı işıqlı xarici simsiz siqnalizasiya (110dB).

X  İkili şəbəkəli iş rejimi eyni zamanda GSM şəbəkə və sabit telefon xətti üçün tətbiq edilir.

·    SIM kart əlavə etməklə 900/1800/1900Mhz GSM şəbəkəsiylə işləyir. 

 ·   GSM şəbəkəsini dəstəkləyən bütün ölkələrdə istifadə edilə bilir. 

·    Elektrik kəsildikdə sistem daxili batareya sayəsində 20 saat işləyə bilir. 

·    99 kabelsiz zona və 6 xətli zonaya 6 kabelli detektor qoşula bilir. 

·    Hər bir zona- adi zona, ev zonası, təcili zona və gecikmə zonası olmaq üzrə müxtəlif növlərdə tənzimlənir.   

·    Hər bölgə üçün LCD Ekran

·    Şifrə mühafizəsi


1.  Hər standart ana plata 2 pult, bir PIR detektor, bir qapı sensoru, bir siren, güc adaptoru və elektrik enerjisi kəsildikdə 20 saat işləyə bilən daxili batareyadan ibarətdir. Normal batareya ömrünü qorumaq üçün sistem xarici elektrik enerjisi ilə işlədiyi zaman batareya açarını açmayın. Batareya açarını sadəcə batareyanı doldurmaq üçün açın.

     

2.  Klaviaturanın tənzimlənməsi və uzaqdan idarə olunması üçün istifadə şifrəsi 1234-dür. İstifadəçi istərsə bu şifrəni dəyişdirə bilər, lakin sistemin idarə edilməsi üçün şifrəni unutmamaq lazımdı.

 

 3.  Əsas bölmənin işləmə gərginliyi: DC9V~12V, 

      İşləmə cərəyanı: boş-30mA, alarm zamanı 300mA, 

      Xarici güc adaptorunun girişi gərginliyi: 220V/AC və ya 110V/AC


 4. Bütün aksesuarlar əsas qurğunun yaxşı işləməsi üçün seçilmişdir. PIR dedektor batareya açarını açmalı, qapı sensoru isə istifadədən öncə batareyayla əlaqələndirilməlidir.